Milli komanda

Slovakiyanın qapıçısı: “Azərbaycanı ciddiyə alırıq”

U-21 millimizin AVRO 2021 seçmə mərhələsindəki rəqiblərindən olan Slovakiya yığmasının qapıçısı Martin Vantruba yerli federasiyanın rəsmi saytına açıqlama edib. “Slaviya”nın qapıçısı Azərbaycanla oyunları da yada salaraq rəqibi ciddiyə alacaqlarını bildirib:

” Bütün matçlara ciddi şəkildə hazırlaşmalıyıq. İnanıram ki, bütün bacarığımızı göstərə biləcəyik. Böyük uğurlar qazanacaq potensialımız var. İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteynlə qarşılaşmalarda da bizdən eyni ciddiyyət tələb olunacaq”.

Qeyd edək ki, Slovakiya yığması Azərbaycan, Fransa, İsveçrə, Gürcüstan və Lixtenşteynlə birlikdə 2-ci qrupda yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43