22 Oktyabr 2024
Kateqoriyasız

Slutski Rusiya millisindən ayrıldı

Rusiya millisinin baş məşqçisi Leonid Slutski vəzifəsindən gedib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə ölkənin Futbol Federasiyasının prezidenti Vitali Mutko məlumat verib.

45 yaşlı mütəxəssislə görüş keçirən Mutko Slutskinin bundan sonra yalnız klubda çalışmaq istədiyini bildirib:

 “Slutski bundan sonra klubda işləmək istədiyini dedi. O, həmçinin bildirdi ki, yığmaya kömək etməyə hər zaman hazırdır. Lakin o yığmanın baş məşqçi vəzifəsindən getməyə qərar verdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43