“Qalatasaray”dan ayrılması gözlənilən Vesli Sneyder üçün “Yuventus” iddiaları artıq daha ciddi bir ölçüyə çatmış vəziyyətdədir.
İdmanxeber.com-un məlumatına görə, hollandiyalı ulduzun “Yuventus” ilə görüşdüb və ilk etapda tələb etdiyi ödənişdən daha az məbləğə razı olduğu bildirilir.
İlk görüşdə “Yuventus”dan illik 5.6 milyon avro tələb edən Sneyderin 4.5 milyon avroya qədər eniş etdiyi ifadə edilib .