Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Fransa Liqa 1-də mübarizə aparan “Monako” klubunun sponsoru ola bilər.
İdmanxeber.com “Daily Sport”a istinadən xəbər verir ki, Fransa təmsilçisinin nümayəndələri yaxın günlərdə məsələni müzakirə etmək üçün Bakıya gələcəklər.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, “Monako” SOCAR-a 2-3 ay bundan öncə sorğu göndərib. Dövlət neft şirkəti isə öz növbəsində danışıq üçün qarşı tərəfi Bakıya dəvət edib.
Bir neçə gün öncə SOCAR-ın “Qalatasaray”a sponsorluq edəcəyi ilə bağlı xəbər yayılmışdı. Ancaq şirkət rəsmisi açıqlamasında məlumatı yalanlamışdı.