27 Dekabr 2024
Dünyadan

ŞOK!: Burak terroristlər tərəfindən öldürüldü – FOTO

Almaniyanın məhşur "Bild" qəzeti, Sami Xedira, Kevin-Prins Boatenq kimi futbolçularla Almaniyanın U17 millisində oynamış Burak Karanın "Sələfilər"ə qatıldığı və Suriyada terroristlər tərəfindən öldürüldüyünü yazıb.

Bu xəbər yayıldıqdan sonra futbolçunun xanımı mətbuata açıqlama verərək, hər şeyi etiraf edib. Onun sözlərinə görə, Burak futboldan getdikdən sonra tez-tez cihad etməkdən danışırmış və mütəmadi olaraq çatışmalarda iştirak edirmiş.

Bir müddət sonra Suriyaya köçən futbolçu terroristlər tərəfindən atışmada öldürülüb.

Qeyd edək ki, Burak Karan, "Bayer Leverkusen", "Herta Berlin", "Hamburq" və "Hannover" kimi komandalarda oynadıqdan sonra "Alemannia Aachen"e transfer olunub və 1 İyul 2008-ci ildə 20 yaşında olanda futbolu buraxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43