05 Oktyabr 2024
Dünya futbolu

ŞOK – Çin klublarına görə Naninin ailəsi dağılır

Bildiyiniz
kimi, son zamanlar Çin klubları böyük pullar qarşılığında heyətlərinə ulduz
futbolçular qatmağa çalışırlar.

İdmanxeber.com-un
məlumatına görə, sözügedən ölkənin klubları demək olar ki, danışıqlar masasına
oturduğu futbolçuların əksərini transfer edə biliblər. İstisna hallar da olur.
Bəzi oyunçular karyeralarını puldan üstün tuturlar.

“Fənərbaxça”nın
futbolçusu Luiş Nani də Çinə getmək istəməyən ulduzların siyahısında yer alıb. Asiyalılar
son iki ay ərzində az qala hər gün portuqaliyalının qapısını super təkliflərlə
döysələr də, istəklərinə nail ola bilməyiblər. Heç İstanbul klubunun prezidenti
Aziz Yıldırım da Nanini satmaq fikrində deyil.

Portuqaliya
mətbuatının iddiasına görə, hər şeyə rəğmən, futbolçunun ətrafında Çinə üz
tutmasının tərəfdarı olanlar da var. Söhbət onun ailəsindən gedir. Həyat
yoldaşı –  Daniela Martin Luişin israrla böyük
təkliflərdən birini dəyərləndirməsini istəyir. De gəl ki, heç o da yoldaşına təsir
edə bilmir. Vəziyyətin dəyişməyəcəyini görən Daniela öncə İstanbulu tərk edib
Portuqaliyalaya dönsə də, dostlarının təkidindən sonra Naninin yanına qayıdıb.
Bununla belə, onların münasibəti heç də yaxşı deyil. Çünki xanımı ulduz
futbolçunu yayda Çinə transfer olmayacağı halda boşanmaqla hədələyib. Luiş isə
qərarını dəyişməməkdə israrlıdı.

Qeyd
edək ki, Daniela Martin Türkiyədəki terror təhlükəsini əsas gətirərək Naninin “Fənərbaxça”ya
transfer olunmasını istəmirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43