Braziliyada sabiq futbolçu Juan Rodriqo dəhşətli şəkildə qətlə yetirilib.
Karyerasını bir müddət öncə bitirən cənubi amerikalı oktyabrın 28-də öz mağazasından oğurluq avtomobillə qaçırılıb. Hadisənin üstündən çox keçməmiş, oğrular futbolçunun başını kəsərək ailəsinə yollayıb.
Rodriqonun həyat yoldaşı evin önündə çantada ərinin başını tapıb. Onun bədəninin digər hissələrini isə polislər tərəfindən axtarılır.
Güman olunur ki, Juan həyat yoldaşı üzündən qətlə yetirilib. Sözügedən xanım polis idarəsində narkotik alveri ilə mübarizə şöbəsində çalışır. Bu cinayəti də məhz narkomafiyanın törətdiyi iddia edilir.
Qeyd edək ki, Rodriqo Braziliyanın bir çox klubları ilə yanaşı İsveçdə “Ester”, Hondurasda “Olimpiya” klublarında forma geyinib.