Şotlandiyanın “Hibernian” klubunun futbolçusu Devid Pol 18 yaşında dünyasını dəyişib.
Gənc futbolçunun meyiti evində tapılıb. Onun vaxtsız ölümünün səbəbi hələki məlum deyil.
Bundan əlavə, klub rəhbərliyi bu olaydan sonra sarsılan ailəyə hər cür köməklik göstərməyə hazır olduqlarını bəyan ediblər.