İdman

ŞOK! İtaliya millisinin və “Fiorentina” yığmasının üzvü öldü, A Seriyasında bütün görüşlər təxirə getdi

İtaliya A Seriyasında bu gün oynanılmalı olan bütün matçlar təxirə salınıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb “Fiorentina”nın 27 yaşlı futbolçusu David Astorinin qəfildən dünyasını dəyişməsi səbəb olub. “Bənövşəyilər” bu gün “Udineze” ilə çempionat matçına çıxmalı olsalar da, Astorinin oteldə ölü halda tapılması İtaliyanı şoka salıb. 

Qeyd edək ki, təxirə salınan görüşlərin hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat yoxdu.

David Astori “Fiorentina” ilə yanaşı “Roma” və “Kalyari” kollektivlərinin də formasını geyinib. O, 14 dəfə İtaliya yığmasının da şərəfini qoruyub və 1 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43