23 Noyabr 2024
Milli komanda

“Son 14 ayda 7 qələbəmiz var” – De Byazi

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində millimiz Avstriyanı qəbul edib və məğlub olub – 0:1.

İdmanxeber.az-ın məlumatına görə, millinin baş məşqçisi De Byazi matçdan sonra keçirilən mətbuat konfransında matçla bağlı danışıb:

– Yaxşı bir oyun keçirdik. İlk hissədən fərqli olaraq ikinci yarıda daha yaxşı çıxış etdik. Toral bu gün yaxşı oynadı. Heyif ki, qol vura bilmədi.

İkinci hissədə yaxşı oynayırdıq deyə 5-ci dəyişikliyi etmədim. Rəqibin futbolçuları güclü çempionatlarda oynayır. Yaxşı oyunçuları var.

– Milli bu gün hansı kompanentlərdə rəqibə uduzdu?

Əsasən ilk hissədə topla daha yaxşı oynamalı idik. Avstriya texniki baxımdan çox yaxşı komandadı. Avstriyadakı ilk oyundakından fərqli burada 4 qol buraxmadıq. Bu gün biz cavab qolunu vura bilsəydik rəqib şampan partlada bilməyəcəkdi.

– Komanda üzvləri adi epizodlarda künc zərbəsi başlaya bilmir, aut ata bilmirdi… Bu nə ilə bağlıdı? Futbolçuların keyfiyyəti ilə, yoxsa…?

Bu gün uşaqlar meydanda güclərini qoydular. Mən onlardan razıyam. Təbii ki, nəticə fərqli olsaydı daha yaxşı olardı.

– Ötən gün millimizin inkişafda olduğunu demişdiniz. Hazırda millidə olan futbolçulardan 10-u legioner həyatı yaşayır. İnkişaf üçün bizə başqa nə lazımdı?

Heç nə bir gündə həll.olunmur. Son 14 ayda 7 qələbəmiz var. Bu faktdı. Avstriya çətin rəqibdi. Biz uduzsaq da, sona kimi mubarizə apardıq.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43