19 Sentyabr 2024
Ölkə futbolu

Son anda razılıq əldə olundu, “Kəpəz” braziliyalı futbolçu transfer etdi – ÖZƏL

2024/2025 mövsümünə hazırlıqlarını davam etdirən “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi braziliyalı Braqa ilə anlaşıb. Tam adı Joao Viktor da Silva Braqa olan 22 yaşlı vinger Adil Şükürovun rəğbətini qazana bilib.

Karyerası boyunca ölkəsində çıxış etmiş braziliyalı futbolçu son olaraq “Aquya de Maraba” klubunda oynayıb. O, müxtəlif illərdə Braziliyanın “Vitoriya”, “Vera Kruz”, “Retro”, “Rio Branko” kimi klublarında da formasını geyinib.

Braqa ilə 1+1 illik müqavilə imzalanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43