19 Fevral 2025
Dünyadan

SON: “Barselona” bu futbolçunu da aldı – FOTO

“Barselona” uzun müddətdir heyətinə qatmağa çalışdığı “Arsenal”ın mərkəz müdafiəçisi Tomas Vermalenin transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu Belçika millisinin 28 yaşlı futbolçusu ilə 5 illik müqavilə imzalayıb. Bu transfer “Barsa”ya 15 milyon funt-sterlinqə başa gəlib.

Vermalen 2009-cu ildə 12 milyon funt qarşılığında “Ayaks”dan “Arsenal”a transfer olunmuşdu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43