“Xəzər Lənkəran” “Neftçi” matçına hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, cənubluların heyətində Rasim Ramaldanov cəzalı, Tural Cəlilov və Tiyaqo isə zədəlidi. Lakin Hər iki futbolçu fərdi məşq etməklə kifayətləniblər. Cəlilov 2 həftə, braziliyalı müdafiəçi isə 10 gündür ki, futbol oynamır. Lakin əldə etdiyimiz məlumata görə, Tiyaqo “Böyük oyun”da komandasına kömək edə biləcək. Mustafa Dənizli müdafiəçini iynə gücünə də olsa, meydana buraxacaq.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı sabah saat 17:00-da başlayacaq.