Dünyadan

SON! Bu xəbərlə “Barselona” və “Mançester Yunayted”in arsuzu gözündə qaldı

Almaniyanın “Borussiya”klubunun idman direktoru Maykl Zork komandanın aparıcı futbolçularından olan Mats Hummels və onun haqqında çıxan transfer iddiaları haqqında danışıb.

İdmanxeber.com-un məəlumatına görə, Dortmund klubunun rəsmisi Hummelsin komandada qalacağını açıqlayıb:

“Hummelsin yaxşı futbolçu olduğunu Dünya Çemponatından öncə də bilirdik. O, hər hansısa komandaya liderlik edə bilər. Çox professionaldı. Oyun qurmağı da bacarır.

20 milyon avro kimi məbləğlərdən danışırlar. Belə gülməli bir məbləğ qarşısında Matsı satmarıq. Futbolçunun uzun müddət komandada qalmaq istəməsi də bizi sevindirir”.

2008-ci ildən bəri “Borussiya”da forma geyən Hummelsə “Barselona” və “Mançester Yunayted” yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43