Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Ərsun Yanal istefa verib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssisin istefasına səbəb klub prezidenti Əziz Yıldırımla aralarındakı problem olub.
İstefanın detalları haqda hər hansı bir məlumat verilmir.
Qeyd edək ki, Yanal Superliqanın “Sivasspor”la matçından sonra da istefa vermişdi. Lakin onun bu istəyi klub tərəfindən müsbət qarşılanmamışdı.