08 Dekabr 2022
Kateqoriyasız

SON DƏQİQƏ: “Kəpəz” istədiyi transferi reallaşdırdı

Bir müddət öncə “Kəpəz”də baxışda olan, Gəncə klubunun məşqçilər korpusu tərəfindən bəyənilən Juninyo Maranhense bölgə klubu ilə müqavilə imzalayıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi yayda heyətinə qatmaq istədiyi futbolçu ilə münasibətləri ötən gün rəsmiləşdirib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. 22 yaşlı futbolçu “Kəpəz”in düşərgəsindədi və komandayla birgə məşq edir. Ancaq o, yanvardan komandaya kömək edə biləcək.

Xatırladaq ki, yayda bu transferin alınmamasına səbəb futbolçunun məxsus olduğu Litvanın “Babrunqas” klubunun kompensasiya tələb tməsi idi. Sözügedən ölkədə çempionat yaz-payız sistemi ilə keçirilir və orada liqa ötən həftələrdə başa çatıb.

Bizi teleqramda izləyin 👇

https://t.me/idmanxeberaz


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Turan Tovuz”un futbolçusu CAR millisinə çağırıldı

admin

“Neftçi” hazırlıq planını açıqladı

admin

İbrahimoviç karyerasını bitirir? – özü açıqladı

admin