Kateqoriyasız

SON DƏQİQƏ: Azad Rəhimovun vəziyyəti ağırlaşdı

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

***

Unikal.org saytı isə nazirin xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43