22 Oktyabr 2024
Kateqoriyasız

SON DƏQİQƏ – Bakıdakı Avropa Qran Prisində qəza – VİDEO

Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib. 

İdmanxeber.com-un məlumatına görə, hadisə trekin 15-ci döngəsində yaşanıb.

“Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını doğru yerinə yetirməyib. Nəticədə bolidin arxa və ön sağ təkərləri sıradan çıxıb.

Qəzada xəsarət almayan pilot mübarizəni dayandırıb (“Report”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43