Dörd aydan çoxdur ki, maaş ala bilməyən "Bakı"nın futbolçuları "Qəbələ" ilə səfər matçına getməkdən imtina ediblər.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, paytaxt klubunun futbolçuları bugun keçirilən klubdaxili iclasda onlara hər dəfə verilən vədin boşa çıxmasına etiraz əlaməti olaraq, Qəbələ səfərinə gemətəyəcəklərini bildiriblər.
"Zolaqlılar"da vəziyyət o həddə çatıb ki, komanda məşqə oyunlarda geyindiyi formalarla çıxırmış. Sən demə klubun bazasında hətta su problemi də varmış. Bu dəqiqəyə olan məlumata görə, "Bakı"nın bütün futbolçuları səfərə getməkdən imtina ediblər.