Öncədən də xəbər veridiyimiz kimi Azərbaycan Tələbə Futbol Federasiyasının baş katibi Əfqan Həmzəyev Türkiyənin məşhur klublarından olan "Beşiktaş"ın çimərlik komandasından menecer vəzifəsi təklifini müzakirə etmək üçün sözügedən ölkəyə yollanıb.
İdmanxeber.com-un məlumatına görə, artıəq danışıqlar yekunlaşıb və "qara qartal" Həmzəyevin irəli sürdüyü şərtləri qəbul edib. Beləliklə, Əfqan Həmzəyev bundan sonra "Beşiktaş"ın çimərlik komandasının meneceri vəzifəsində çalışacaq. Saytımıza bu haqda məlumat verən Həmzəyev "Beşiktaş"la 2 illik müqaviləyə imza atdığını bildirib.