İdman

SON DƏQİQƏ! “Kəpəz” azarkeşlərinə görə 4000 manat cərimələndi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.

“Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. “Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub.  “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da “Kəpəz” ödəməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43