Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçusunu icarəyə verib.
İdmanxeber.com-un məlumatına görə, “Cim-Bom” portuqaliyalı oyunçu Brumanı “Qaziantepspor”a icarəyə verdiyini rəsmən açıqlayıb.
Qeyd edək ki, bundan öncə Nordin Amrabat “Malaqa”ya icarəyə verilmişdi. Dani və Riera isə komandadan göndərilmişdi.