Türkiyənin "Qalatasaray" klubu italyan mütəxəssis Roberto Mançini ilə anlaşıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, müqavilənin şərtlərini müzakirə etmək üçün bu gün İstanbula gələn Mançini, axşam radələrində "sarı-qırmızılılar"ın prezidenti Ünal Aysalla görüşüb və təklifə "hə" cavabını verib.
Onun "Qalatasaray"ın "Yuventus"la matçında komandanın başında olacağı bildirilir.
Qeyd: Fotoda Mançinin yanındakı şəxs, "Qalatasaray"ın rəsmisi Lütfi Arıboğandır.