Öncədən xəbər verdiyimiz kimi “Qarabağ”ın aparıcı üzvü Reynaldo komandanın məşqində zədələnərək sıradan çıxıb.
İdmanxeber.com-un məlumatına görə, hətta “köhlənm atlar”ın son məşqini buraxan “sambaçı”nın Lüksemburq “Dudelanj”ı ilə oyunda oynayıb-oynamayacağı sual altında idi.
Lakin redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Reynaldo ÇL matçında meydana çıxa bilər. Təbii ki, komandanın baş məşqçisi Qurban Qurbanov hücumçunu start heyətində meydana buraxıb-buraxmayacağı sual olaraq qalır. Reynaldo ən pis halda Bakıdakı görüşdə sonradan meydana çıxmaq şansı əldə edəcək. Onun Lüksemburq səfərində komandasının yanında olacağı isə dəqiqləşib.
Qeyd edək ki, “Dudelanj”la matç iyulun 12-də keçiriləcək.