İdman

SON DƏQİQƏ! “Qəbələ” və “Zirə”yə şiddətli cərimələr “yağdı”, Ayxan Abbasov 5 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. 

İdmanxeber.com həmin qərarlarla sizi tanış edir. 

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

 “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
“Qəbələ” klubunun 8 №-li futbolçusu Qismət Alıyev, 14 №-li futbolçusu Cavid Hüseynov, “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadze, 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanır, hər iki klub 3200 manat cərimə olunur.

 “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.
“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43