Premyer Liqa

SON DƏQİQƏ! Qəbələdə insident – Azarkeş polis şöbəsinə aparıldı – FOTO

Azərbaycan PRemye Liqasının 19-cu turunda "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edir.

İdmanxeber.com-un stadionda olan əməkdaşının verdiyi məlumata görə, matçın 29-cu dəqiqəsində "Qəbələ" hesabı açdıqdan sonra hər iki komandanın azarkeşləri arasında söz atışması başlayıb. Bu, azarkeşlərin daha da qızışmasına yol açıb. Polis onları sakitləşdirməyə çalışsa da, alınmayıb. Azarkeşlər bu zaman meydana qartopu atmağa başlayıblar. Nəticədə, bir "Qəbələ" azarkeşi polis bölməsinə aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43