Ölkə futbolu

SON DƏQİQƏ: “Qəbələ”də Ruslan sevinci

Bu gün UEFA Avropa Liqasının birinci təsnifta mərhələsinin cavab görüşündə səfərdə “Şiroki Briyeq”lə qarşılaşacaq “Qəbələ”də heyət baxımından problem yoxdu.

İdmanxeber.com-un məlumatına görə, Bosniya vıə Hersoqovina klubuna qarşı ilk matçı zədə səbəbindən buraxan Ruslan Əmircanov da artıq hazırdı.

Bu barədə məlumatı saytımıza klubun rəisi Səbuhi Səfiyarlı deyib. O, bildirib ki, Əmircanovun zədəsi sağalıb və bugünkü matçda iştirak edə biləcək.

Qeyd edək ki, “Qəbələ” ilk matçda öz meydanında “Şiroki Briyeq”ə 0:2 hesabı ilə məğlub olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43