Azərbaycan I Liqası növbəti turu çərçivəsində keçirilən “Karvan” – “İmişli” matçında dava düşüb.
İdmanxeber.az-ın Yevlağa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, görüşün son dəqiqələrində “Karvan”ın vurduğu qol (3:2) sonrası futbolçular arasında gərginlik yaşanıb. Buna səbəb ev sahibi komandanın oyunçuları rəqibin ehtiyat skamyasında qarşısında sevinməsi olub.
Bunun ardından ara qarışıb. Azarkeşlər meydana butulka, ayaqqabı və digər yad əşyalar atmağa başlayıb. Bir müddət fasilədən sonra baş hakim Rəvan Həmzəzadə oyunu davam etdirib.