“Neftçi”nin kapitanı Rəşad Sadiqovla bağlı qərar verilib.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun prezidenti Sadıq Sadıqov Rəşada daha bir şans tanıyıb. Futbolçunun əvəzedici heyətdə məşq etməsi göstərişinə Sadiqov əməl edib. Əgər futbolçu yaya kimi özünü doğrulda bilsə o, “Neftçi”də qalacaq. Artıq hər şey Sadiqovun əlindədi. Yarımmüdafiəçi ilk öncə əvəzedici heyətdə məşqə çıxmaqdan imtina etsə də, bugünkü danışıqlardan sonra futbolçu qərarından daşınıb və “dubl”da əvvəlki formasını qaytarmağa çalışacaq.