Az öncə bitən “Qarabağ” – “Xəzər Lənkəran” matçından sonra qonaq azarkeşlər futbolçuların paltardəyişmə otağına gələrək uğursuzluqlarla bağlı hesabat tələb ediblər.
İdmanxeber.com-un məlumatına görə, stabil oyun nümayiş etdirməyən Cənub klubunun idman direktoru Yunis Hüseynov azarkeşlər önünə çıxaraq onlarla söhbətləşib. Komandanın yaxşı oyun nümayiş etdirdiyini, lakin qələbə qazanmaqda çətinlik çəkdiklərini bildirən Yunis Hüseynov qarşıdakı turlarda bu vəziyyəti düzəldəcəklərinə dair söz verib.