“Üçüncü dovrəyə xalla başlamaq istəyirdik. Maraqlı oyun oldu, hamı həzz aldı. Son dəqiqədə qol buraxmaq pis təsir edir. Hələ qarşıda çətin oyunlar var”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Qarabağ” oyunundan sonra deyib. O, komandasının performansından razı qaldığını bildirib:
“Qışa qədər standar vəziyyətlərdə daha diqqətli olurduq. Ancaq bugün təəssüf ki, rəqib bütün qolları başla vurdu. Deməli, çalışmalıyıq. “Qarabağ”la hücum futbolu oynayırıqsa , müdafiədə diqqətli olmalıyıq. Komandada rəqabət var. Qarşıdakı oyunlarda rotasiyalar mütləq olacaq”.