“Neftçi” Mark Tamaşın ardından daha bir legionerlə yollarını ayırıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Kilian Lebonla vidalaşıb. Futbolçu mövsümün ikinci yarısında “Neftçi”də olmayacaq.
Lebonun ayrılığı 1-2 gün içərisində rəsmən açıqlanacaq.
Xatırladaq ki, “ağ-qaralar” yarımmüdafiəçi ilə ötən ilin yanvarında 1,5 +1 il müddətinə müqavilə bağlamışdı.