Hazırda Azərbaycan II Liqasında mubarizə aparan “Şəfa”nın ev oyunlarını keçirdiyi “ASK Arena”nın adı dəyişdiriləcək.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 2018-ci ildən “ASK Arena” adlandırilan stadionun təkcə adı deyil həmçinin ot örtüyü də dəyişdiriləcək. Stadionun ot örtüyü hazırda sünidi və onun təbii meydança olacağı dəqiqləşib.
Hazırda stadion AFFA-nın balansındadı. Qurumun bu stadionu hansı kluba verəcəyi isə yaxın aylarda dəqiləşəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Korporasiyanın aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:
– “Azərbaycan alüminiumu” ASC;
– “Azəralüminium” MMC;
– “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC.