“Kəpəz”in baş məşqçisi Adil Şükürov tutduğu vəzifədən ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəhbərliklə görüşərək istefa verib. Komandadakı uğursuz gedişat səbəbindən tərəflər qarşılıqlı olaraq yollarını ayırıb. Ancaq “Kəpəz” rəhbərliyinin Şükürova təzminat ödəyəcəyi bildirilir.
Xatırladaq ki, “Kəpəz” Premyer Liqa sonuncu sıradadır.