Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Nürnberq”i tərk etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu öz instaqram hesabında paylaşım edib.
O, “Nürnberq” azarkeşlərinə səslənərək bildirib ki, klubda qalacaq və komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Mahir Emrelinin adı “Seul” klubu ilə hallanırdı.