21 Fevral 2025
Dünyadan

SON DƏQİQƏ! Mahir Emreli “Nürnberq”dən ayrıldı, yeni komandası bəllidi!

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Cənubi Koreyanın “Seul” klubu ilə demək olar ki, anlaşıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında bir müddətdi ki, davam edən danışıqlar müsbət yekunlaşıb. K Liqa 1 təmsilçisi Emrelinin mümkün keçidi ilə bağlı “Nürnberq”lə də ortaq məxrəcə gələ bilib.

“Seul”  27 yaşlı hücumçu üçün qarşı tərəfə müəyyən məbləğdə təzminat da ödəyəcək.

Cənubi Koreyada transfer dönəmi martın 22-də başa çatacaq.

Qeyd edək ki, Mahir Emreli ötən yay “Nürnberq”ə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43