“Neftçi” Səlahət Ağayev transferindən vaz keçib.
İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu düşərgəsinə dəvət etdiyi sabiq qapıçını geri göndərib. Buna səbəb “ağ-qara”lı azarkeşlərin etirazları olub. Sosial platformalarda klub rəhbərliyinə səslənən “Neftçi” azarkeşləri Səlahətlə müqavilə imzalanmaması tələbi ilə çıxış ediblər. Azarkeşlərin bu etirazının daha da böyüməməsi üçün klub rəhbərliyi bu transferdən son anda imtina edib.
Təcrübəli qolkiper yaxın vaxtda Azərbaycana geri dönəcək.
Qeyd edək ki, 2022-ci ildə “Sabah” – “Neftçi” matçında S.Ağayev qırmızı alaraq meydanı tərk edib. Bundan sonra “Forza Neftçi”nin üzvləri “Neftçinin çörəyi haramın olsun” – deyə şüarlar səsləndirib. Meydanı tərk edən Səlahət isə onlara orta barmağını göstərib.
Həsən Quluzadə