20 Sentyabr 2024
Ölkə futbolu

SON DƏQİQƏ! “Neftçi” yeni qapıçı transfer etdi

Transfer çalışmalarını davam etdirən “Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” Səlahət Ağayevlə razılıq əldə edib. Təcrübəli qapıçı növbəti mövsümdən “Neftçi”də çıxış edəcək. 

Bir dönəm “flaqman”da forma geyinən Ağayevin keçidi bu yaxınlarda rəsmən açıqlanacaq.

Xatırladaq ki, “Neftçi” bu yaxınlarda qapıçısı İvan Brkiçlə yollarını ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43