Premyer Liqada qalmaq hədəfində olan “Kəpəz” klubu heyətinə daha bir legioner cəlb edib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu gürcüstanlı futbolçu Rati Ardazişvili ilə anlaşıb. Yarımmüafiəçiylə mövsüm sonuna qədər müqavilə bağlanıb.
26 yaşlı oyunçu ölkəsində “Samtredia” klubunda çıxış edirdi. O, karyerası ərzində Qazaxıstanda (“Kaspiy”, “Jetısu”) Ukraynada (“Rux” (Lvov) və Gürcüstanda top qovub. Ardazişvili ölkəsinin U-17, U-19 və U-21 millilərinin üzvü olub.
26 yaşlı yarımmüdafiəçi yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq.