Ölkə futbolu

SON DƏQİQƏ! “Qəbələ”dən “Kəpəz”ə zərbə

“Kəpəz” ev oyunlarını Qəbələdə keçirməyəcək.

İdmanxeber.az-a verilən məlumata görə, “Qəbələ” rəhbərliyi bu barədə qərar qəbul edib. Onlar Gəncə klubuna artıq ev oyunlarını Qəbələdə keçirməyəcəklərini bildirib. “Qırmızı-qaralar” bunla bağlı qarşı tərəfə heç bir səbəb də göstərməyib.

Çox güman ki, rəhbərlik komandaya yeni təyin edilən baş məşqçi Kaxaber Tsxadadzenin istəyi ilə belə bir qərar qəbul edib.

Xatırladaq ki, “Kəpəz” Gəncə şəhər stadionunun tikintisi ilə bağlı ev oyunlarını Qəbələdə keçirirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43