24 Noyabr 2024
İdman

Son gündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq

İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.

İdmanxeber.az-ön məlumatına görə, son yarış günündə Azərbaycan millisinin 4 üzvü mübarizəyə qoşulacaq.

90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə üz-üzə gələcək.

100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) – Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) – Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) – Losseni Kone (Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43