“Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Son qolumuzu mən vurmuşam və yenidən fərqlənmək istərdim. Ancaq kimin qol vurmasının fərqi yoxdur”.
Bu sözləri Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov deyib.
Millinin qarşıdakı Estoniya ilə keçirəcəyi matç haqda danışan Cavadov “Hələ Estoniya yığması ilə oyunun taktikasını müzakirə etməmişik. Amma bilirəm ki, seçmə mərhələdə zəif çıxış ediblər. Bununla belə, rəqib mübarizəni sevən komandadır” – deyə bildirib.