Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Qarabağ” – “Yanq Boyz” matçına bilet satışı davam edir.
İdmanxeber.com-un məlumatına görə, satışa çıxarılan 30 mindən çox biletin yarısı satılıb. Kassalarda 1 və 2 manatlıq biletlər qalmayıb. Bu biletlərin əksər hissəsini isə “qara bazar” ələ keçirib. Oyun saatına qədər bütün biletlərin satılacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma sabah saat 21:00-da başlayacaq.