Premyer Liqanın XIII turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu matça ciddi itki ilə çıxacaq.
Bu barədə İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Cənub klubunun rəsmisi bildirib ki, qapıçı Orxan Sadıqlı və Adrian Skarlatake zədələlidir. Hər iki oyunçu böyük ehtimalla əməliyyat olunacaq. Məhz buna görə də, sözügedən futbolçular noyabrın 22-də “Neftçi” ilə baş tutacaq “Böyük oyun”u buraxmaq məcburiyyətində qalacaqlar.
Qeyd edək ki, “Neftçi”nin heyətində Ruslan Qurbanov da bu oyunda meydana çıxa bilməyəcək. Buna səbəb hücumçunun sarı kart limitini doldurmasıdı.