“Vacib qələbə oldu. Baxmayaraq ki, son oyun olduğu üçün narahatçılıq var idi. Futbolçuların həmişə son oyundan öncə fikirləri evə getməkdə olur. Futbolçularım möhtəşəm bir il keçirtdilər. Rəşad Sadıqov da uğurlar arzulayıram”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, daha sonra bunları deyib:
“Qarşıdan gələn yeni il münasibətilə hər kəsə uğur arzulayıram. Özümüzə uğur olaraq bu səviyyədə minimum qalmağı və daha da yaxşısına nail olmağımızı arzulayıram.
Qarşıda bilirsiz ki, “Marsel”lə oyun var. Futbolçularım inanıram ki, mənə ad günü hədiyyəsi olaraq qələbə bəxş edərlər (gülür)”.
Qurbanov gələn il “Marsel”lə qarşılaşacaqları oyun haqda da danışıb:
“Son zamanlar bizim komandaya qarşı emosiyalar daha da çoxalır. Bəlkə də gələcəkdə UEFA-ya klub olaraq nəsə müraciət olsun”.