“Roma”nın baş məşqçisi Luçano Spaletti komandadan ayrılacaq.
İdmanxeber.com-un məlumatına görə, o, klub rəhbərliyini yeni müqavilə imzalamayacağı ilə bağlı xəbərdar edib.
Artıq paytaxt klubu rəsmi olaraq yeni baş məşqçi axtarışına başlayacaq.
Bir müddət əvvəl verilən məlumata görə Spaletti “İnter”i çalışdıra bilər.