Kateqoriyasız

“Spartak” azərbaycanlı futbolçu ilə yolları ayırdı

Rusiyanın “Spartak” klubu futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

Bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Quliyev bu mövsüm Rusiya Premyer Liqasında heç bir rəsmi matçda iştirak etməyib. 24 yaşlı oyunçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədər idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43