Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisi müəyyənləşib. Moskva təmsilçisini Domeniko Tedesko çalışdıracaq.
34 yaşlı italiyalı məşqçi bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Oleq Kononovu əvəzləyib.
Tedesko son olaraq “Şalke”ni çalışdırıb. O, Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”ə 0:7 məğlubiyyətdən sonra işini itirib.
“Spartak” hazırda Premyer Liqada 14 xalla 12-ci pillədə qərarlaşıb.