“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Speranta” klubu ilə səfər oyununun stadionu dəyişib.
İdmanxeber.az-ın məlumatına görə, görüş paytaxt Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək.
İyulun 11-i oynanılacaq görüş üçün öncə Orqeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin “Petrokub”un ilk qarşılaşmasının səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra “Sperantsa” paytaxt stadionunda oynamağa qərar verib.