Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Speranta” – “Neftçi” matçının (0:3) ən yaxşı futbolçusu müəyyənləşib.
İdmanxeber.az “Neftçi”nin saytına istinadən xəbər verir ki, görüşün ən yaxşısı Mamadu Kane olub.
Oyunun ən yaxşı indeksə malik futbolçusu: Mamadu Kane – 284
Çərçivəyə ən çox zərbə vuran: Emin Mahmudov – 2
Ən çox dəqiq ötürmə verən: Mamadu Kane – 72
İkili mübarizədə ən çox qalib ayrılan: Mamadu Kane – 19
Ən çox cərimə qazandıran: Vanqelis Platellas – 3
Qapıçının seyvi: 2